logo
Mədəniyyətlərarası dialoq: Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

Mədəniyyətlərarası dialoq: Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

Mədəniyyətlərarası dialoq: Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub Mədəniyyətlərarası dialoq: Daşkənddə Azərbaycan və Özbəkistanın birgə teatr layihələri müzakirə olunub

Azərbaycanın Özbəkistandakı Səfirliyin nəzdində  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Dram Teatrının direktoru Otabek Curayev arasında görüş keçirilib.

Görüş zamanı tərəflər ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə teatr layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə, Azərbaycan Mədəniyyət Mərkəzinin teatr kollektivi ilə Dövlət Dram Teatrının truppasının iştirakı ilə birgə tamaşaların hazırlanması məsələlərinə diqqət yetirilib.

Cari ildən, yəni 2026-cı il teatr mövsümündən başlayaraq Azərbaycan teatrının pyesləri Özbəkistanın teatr səhnəsində mütəmadi səhnələşdiriləcəkdir. Tərəflər birgə teatr təşəbbüslərinin humanitar dialoqun möhkəmləndirilməsinə və iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin