logo
"Sabah" klubu "A" qrupunda vahid liderliyə yüksəlib

"Sabah" klubu "A" qrupunda vahid liderliyə yüksəlib

"Sabah" klubu "A" qrupunda vahid liderliyə yüksəlib "Sabah" klubu "A" qrupunda vahid liderliyə yüksəlib

29 yanvar - 1 fevral tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun görüşləri keçirilib. Bu oyunlarla bərabər, çempionatda 3-cü dövrəyə yekun vurulub. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupu

"Gəncə" - "Şəki" (95:80)
"Abşeron Lions" - "Sabah" (96:117)
NTD - "Neftçi" (82:98)

B qrupu

"Lənkəran" - "Ordu" (63:103)
"Sumqayıt" - "Sərhədçi" (94:98) 
"Naxçıvan" - "Quba" (82:70)

Qeyd edək ki, 15 turdan sonra "A" qrupunun vahid lideri "Sabah", "B" qrupunun vahid lideri isə "Ordu" klubudur. Azərbaycan Basketbol Liqasında (ABL) 16-cı turun oyunlarına 4 fevralda start veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin