https://innews.media/uploads/news/2026-01/_innews_0c5bdf2a72608f63eea9e7f36_o.jpg
Yeni plenum qərarında yayılma anlayışına ilk dəfə geniş izah verilib və media subyektlərinin məsuliyyəti konkretləşdirilib. Qərara əsasən, məlumatın audio və ya video yazı vasitəsilə yayılması zamanı media subyekti məsuliyyət daşıyır.
Lakin yayılma əvvəlcədən planlaşdırılmayan və proqnozlaşdırılmayan canlı efirdə baş verərsə, “Media haqqında” Qanunun 77-ci maddəsinə uyğun olaraq media subyektinin məsuliyyəti istisna edilə bilər.
Bununla belə, mütəmadi yayımlanan canlı proqramlarda səsləndirilən ifadələrə görə media orqanları məsuliyyətdən azad olunmur və öncədən xəbərdarlıq mexanizmi tətbiq edilməlidir.