logo
Şərəf, ləyaqət və işgüzar nüfuz: yeni plenum qərarı nəyi dəyişdi?

Şərəf, ləyaqət və işgüzar nüfuz: yeni plenum qərarı nəyi dəyişdi?

Şərəf, ləyaqət və işgüzar nüfuz: yeni plenum qərarı nəyi dəyişdi? Şərəf, ləyaqət və işgüzar nüfuz: yeni plenum qərarı nəyi dəyişdi?

Ali Məhkəmənin yeni plenum qərarı şəxsiyyət hüquqlarının müdafiəsi sahəsində əsaslı yeniliklər gətirib. Qərarla ilk dəfə olaraq ləyaqətin alçaldılmasının yayılma olmadan da mümkün olduğu təsbit edilib. Yəni təhqiramiz ifadə və ya hərəkət yalnız şəxsin özünə yönəldildiyi halda belə hüquqi məsuliyyət yarada bilər.

Şərəf və işgüzar nüfuzun ləkələnməsi isə üç şərtin eyni vaxtda mövcudluğu ilə mümkün sayılır: məlumatın yayılması, həmin məlumatın yalan olması və şəxsin cəmiyyətdəki dəyərinə mənfi təsir göstərməsi.

Plenum qərarı həmçinin tənqid və subyektiv qiymətləndirmə ilə fakt xarakterli yalan məlumatlar arasında dəqiq hüquqi sərhədlər müəyyən edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin