https://innews.media/uploads/news/2026-01/_innews_06c0802877a596b49ee3f1b9a_o.jpg
Ağsu rayonunda zəlzələ qeydə alınıb.
Yerli vaxtla saat 01:52-də Pirqulu stansiyasından 13 kilometr cənubda, Ağsu rayonu ərazisində 3,3 maqnitudalı zəlzələ baş verib.
"innews media" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 3 bal gücündə hiss olunub. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb. Seismoloji müşahidələr davam etdirilir.