https://innews.media/uploads/news/2026-01/_innews_dd8bcb8fc06261c3bd435932c_o.jpg
Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ baş verib. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, zəlzələnin episentri Pirqulu stansiyasından 9 kilometr cənubda, Şamaxı rayonu ərazisində yerləşib. Yeraltı təkanlar episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə isə 4–3 bala qədər hiss olunub.
Zəlzələ ocağının 8 kilometr dərinlikdə yerləşdiyi bildirilib. İlkin məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb.