https://innews.media/uploads/news/2026-01/_innews_a83130ae915de868b345b5256_o.jpg
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunda fəaliyyət göstərən “DOST Evi” filialı tərəfindən “Abidələrimizi tanıyaq” adlı təşəbbüsə start verilib.
Təşəbbüs çərçivəsində filialın benefisiarları üçün 11 yanvar – Dünya Qoruqlar və Parklar Günü münasibətilə Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğuna infotur təşkil olunub.
İnfotur zamanı iştirakçılar Basqal hamamı, Bazar meydanı, Şeyx Məhəmməd məscidi və digər tarixi abidələrlə yaxından tanış olublar.
Onlara abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri və bölgəyə məxsus sənətkarlıq nümunələri haqqında ətraflı məlumat verilib.