logo
“İlin ən yaxşı əsəri” adlı yekun sərgi keçirilib – 2025-ci ilin qalibi bəlli olub

“İlin ən yaxşı əsəri” adlı yekun sərgi keçirilib – 2025-ci ilin qalibi bəlli olub

“İlin ən yaxşı əsəri” adlı yekun sərgi keçirilib – 2025-ci ilin qalibi bəlli olub “İlin ən yaxşı əsəri” adlı yekun sərgi keçirilib – 2025-ci ilin qalibi bəlli olub

29 dekabr tarixində Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin ən yaxşı əsəri” adlı yekun sərgi təşkil olunmuşdu. 
Sərgidə Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin 50-dən çox əsəri, o cümlədən rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri nümayiş etdirilib.
Sərgini açıq elan edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycanın Xalq rəssamı, professor Fərhad Xəlilov rəssamları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilin gəlişi münasibətilə təbrik etdi və sərgi haqda ətraflı məlumat verdi. Sərginin təşkili ilə bağlı təşkilat komitəsi tərəfindən seçilmiş İlin ən yaxşı əsəri seçilmiş rəssamı elan olundu və ona Azərbaycan Rəssamlar İttifaqının sertifikatı və mükafatı təqdim olundu. Bundan sonra Azərbaycan Rəssamlar İttifaqının rəhbər heyəti və rəssalmarın birgə sərgiyə baxışı baş tutdu.
2025-ci ilin ən yaxşı əsərinin müəllifi istedadlı rəssam Nizami Atayevin “Toy” adlı rəngkarlıq əsəri seçilmişdir.
Sərgi 6 yanvar tarixinə qədər davam edəcək. Giriş sərbəstdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin