https://innews.media/uploads/news/2022-10/_innews_c614e61d18da1b8e65e0fb355_o.jpg
17 oktyabr tarixində keçirilən konsertdə BMM-nin solistləri Əməkdar artist Səbuhi İbayev və Muğam Televiziya Müsabiqəsinin qalibi Könül Xəlilzadə çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Çinarə Heydərova , kamançada Əməkdar artist Toğrul Əsədullayev, nağarada Soltan Əliyev, udda Vasif Yusifli və balabanda Rəfael Əsgərov müşayiət ediblər.
2017-ci ildən həyata keçirilən layihənin beynəlxalq mediada işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri İctimai Radio ilə dinləyicilərə təqdim olunur.
Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Ən son xəbərləri səhifəmizdən də izləyin