https://innews.media/uploads/news/2025-12/_innews_e6d78682c37cd5c85daa5cc79_o.jpg
Bu il ərzində dəmir yolu xətlərində heyvanların qəfil qatara çıxması ilə bağlı 54 hadisə baş verib. Qeydə alınan son hadisələrdən biri nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması nəticəsində yaşanıb.
"innews media" xəbər verir ki, hadisə zamanı qatar ciddi zərər alıb, heyvan isə tələf olub. Mütəxəssislər bildirirlər ki, bu cür hallar həm hərəkətin təhlükəsizliyinə, həm də dəmir yolu infrastrukturuna ciddi risk yaradır.
Qeyd olunub ki, heyvan sahibləri mal-qaraya istisnasız nəzarət etməli, onların dəmir yolu ərazilərinə çıxmasının qarşısını almalıdırlar. Əks halda, həm maddi zərər, həm də inzibati məsuliyyət yaranır.
Məsul qurumlar vətəndaşları diqqətli olmağa çağıraraq bildirirlər ki, milli sərvət hesab olunan dəmir yollarının qorunması hər kəsin üzərinə düşən vəzifədir.