https://innews.media/uploads/news/2025-12/_innews_dcc0ebd86293904a1f36c1dcb_o.jpg
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3,3 mlrd. ABŞ dollarını ötüb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun məlumatına görə, 2025-ci ilin ilk 11 ayında Azərbaycanın qeyri-neft ixracı 3 317 mln. ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,3% çoxdur.
Cari ilin təkcə noyabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 329,2 mln. ABŞ dolları olub. Bu göstərici illik ifadədə 16,3% artıb.