logo
Ulu Öndərin xatirəsinə həsr olunan III Forumda sağlam həyat tərzi müzakirə edilib - VİDEO

Ulu Öndərin xatirəsinə həsr olunan III Forumda sağlam həyat tərzi müzakirə edilib - VİDEO

Ulu Öndərin xatirəsinə həsr olunan III Forumda sağlam həyat tərzi müzakirə edilib - VİDEO Ulu Öndərin xatirəsinə həsr olunan III Forumda sağlam həyat tərzi müzakirə edilib - VİDEO

11 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib. İlk öncə forum iştirakçıları və rəsmi qonaqlar  Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül çələngi və tər güllər düzüblər.

Forumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı “Könüllü gömrükçü” dəstəsinin könüllü gömrükçüləri iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin