logo
EU supports Azerbaijan to yield the multiple benefits of energy efficiency

EU supports Azerbaijan to yield the multiple benefits of energy efficiency

EU supports Azerbaijan to yield the multiple benefits of energy efficiency EU supports Azerbaijan to yield the multiple benefits of energy efficiency

Enerji effektivliyi  təmiz enerji keçidinin ən mühüm sütunudur və Aİ-nin enerji siyasətlərində “ilk yanacaq” hesab olunur. Enerji və enerji effektivliyi  Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətləridir. 2017-ci ildə EU4Energy layihəsi çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi hazırlandıqdan sonra Aİ enerji effektivliyi siyasətini həyata keçirmək səylərində Azərbaycana davamlı olaraq dəstək verir.

2021-ci ildə Qanunun qəbulundan sonra Aİ 2022-ci il ərzində “Azərbaycanda enerji səmərəliliyinin daha da yaxşılaşdırılmasına dəstək” layihəsini maliyyələşdirib. Beynəlxalq və milli ekspertlərdən ibarət qrup Energetika Nazirliyi ilə birgə Qanunda nəzərdə tutulmuş binalarda enerji effektivliyi, eko-dizayn və enerji istehlakı ilə  əlaqədar məhsulların etiketlənməsi ilə bağlı ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində işləyib.

Bu normativ aktların effektiv tətbiqi Azərbaycan hökumətinə ictimai və yaşayış binalarında enerji istehlakını və xərcləri azaltmağa kömək edə bilər. Eyni zamanda, daxili tələbatın azalması hesabına enerji ixracının artırılması, yeni müəssisələrin və iş yerlərinin yaradılması və daxili hava şəraitinin yaxşılaşdırılması kimi bir sıra iqtisadi, sosial və sağlamlıq faydalarına nail olunacaq.

Layihə çərçivəsində aşağıdakı mövzularda bir sıra təlimlər və bacarıqların artırılması sessiyaları təşkil olunub:

-  Binalarda EE üçün Aİ və ən yaxşı beynəlxalq tələblər və standartlar

-  Aİ-də enerji effektivliyinin qiymətləndirilməsi və pasportlaşdırılması üzrə qabaqcıl təcrübələri

-  Aİ ekoloji dizayn və enerji istehlakı ilə  əlaqədar məhsulların etiketlənməsi qanunvericiliyi və ən yaxşı beynəlxalq təcrübələr

-  Binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının əsas üsulları və tələbləri

-  Binalarda enerji effektivliyi və məişət cihazlarının etiketlənməsi mövzularında məlumatlılığın artırılması üçün kommunikasiya tədbirlərinin işlənib hazırlanması.

Ümumilikdə Azərbaycan hökumətinin və digər maraqlı tərəflərin 70-dən çox nümayəndəsi enerji effektivliyi mövzusunda təlim keçib. Ümumiyyətlə, təlimlər son dərəcə müsbət qarşılandı və rəylər çox heyranedici oldu. Ekologiya Nazirliyinin nümayəndəsi açıq şəkildə bildirdi ki, təlim “mən indiyə qədər iştirak etdiyim ən yaxşı təlimlərdən biridir. Bizə və ölkəmizə göstərdiyi hörmət və diqqətə görə komandaya təşəkkür etmək istəyirik”.

Məlumatlılığın artırılması və kommunikasiya fəaliyyətinin inkişaf etdirilməsi üzrə sonuncu seminar 12-14 oktyabr 2022-ci il tarixində keçirilmişdir və bu seminar yerli biznes və Aİ-nin Merlərin Razılaşmasını imzalayan şəhərlərin nümayəndələri, Aİ-nin Gənc Səfirləri, elmi dairələr və vətəndaş cəmiyyəti daxil olmaqla Azərbaycan cəmiyyətinin müxtəlif qruplarını əhatə etmişdir. Bütün təlimlərdə şəbəkələşmə imkanları yüksək qiymətləndirildi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media