logo
KAYAK VƏ KANOEÇİLƏRİMİZ GÜRCÜSTANDA 5 MEDAL QAZANDI

KAYAK VƏ KANOEÇİLƏRİMİZ GÜRCÜSTANDA 5 MEDAL QAZANDI

KAYAK VƏ KANOEÇİLƏRİMİZ GÜRCÜSTANDA 5 MEDAL QAZANDI KAYAK VƏ KANOEÇİLƏRİMİZ GÜRCÜSTANDA 5 MEDAL QAZANDI

Gürcüstanın Mtsxeta şəhərində avarçəkmənin kayak və kanoe növləri üzrə açıq Gürcüstan birinciliyi keçirilib. Təşkilatçı ölkə ilə yanaşı Azərbaycan və Ermənistan komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 50 idmançı mübarizə aparıb. Ölkəmizi bu yarışda  məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə 5 gənc avarçəkən təmsil edib. Komandamızın çıxışı uğurlu alınıb.

Ceyhun Vəlixanov və Rüfət Rəhimov 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşlərdə yarışı mükafatçılar sırasında başa vurub. Hər iki idmançımız gümüş medala sahib olub. Elmir Məmmədov 1 nəfərlik kanoe qayığında 200 metr məsafədə ikinci yer tutub. 2 nəfərlik kayak qayığında 200 metr məsafədə isə Ramil Mustafayev və Rüfət Rəhimov cütlüyü ikinci yerə layiq görülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media