logo
ADPU-da Beynəlxalq Əlillər Günü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd olundu

ADPU-da Beynəlxalq Əlillər Günü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd olundu

ADPU-da Beynəlxalq Əlillər Günü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd olundu ADPU-da Beynəlxalq Əlillər Günü xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə qeyd olundu

Dekabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində Xüsusi təhsil kafedrasının təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini Elbrus Allahverdiyev, "Koxlear İmplantlı Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin sədri Mehriban Hüseynova, Bakı şəhəri 268 saylı xüsusi məktəbinin direktoru Farizə Teymurzadə və 202 saylı inklüziv məktəbin direktoru Gülüstan Vəliyeva, həmçinin həmin məktəblərin müəllim və şagirdləri, eləcə də fakültənin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Fakültə dekanı dosent Nailə Hüseynovanın çıxışı ilə başlayan tədbir Xüsusi pedaqogika ixtisasının tələbələrinin və dəvət edilmiş xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bir-birindən gözəl və emosional çıxışları ilə davam edib. Tələbələrin və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ifaları, rəqsləri, şeir töhfələri tədbiri daha da yaddaqalan edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin