https://innews.media/uploads/news/2025-12/_innews_aeba6289b15425b898bf78397_o.jpg
“AYDANİ” Qalereyasında “Balaca Əllərin Sirri” adlı rəngarəng və ilhamverici rəsm sərgisi təşkil olunub. Sərgidə yaşı 4-dən 16-dək olan 31 gənc rəssamın əsərləri nümayiş etdirilib. Ekspozisiyada təqdim olunan işlər mövzu zənginliyi və fərqli bədii yanaşmaları ilə ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi yaş qrupları üzrə qurulmaqla, uşaqların ən ilkin yaradıcılıq addımlarından daha yetkin ifadə formalarına qədər keçdikləri inkişaf yolunu izləməyə imkan verib.
Tədbir rəsmi açılış mərasimi ilə başlayıb. Qalereyanın direktoru Aydan Məmmədova açılış nitqi ilə çıxış edərək Azərbaycanda uşaqların yaradıcılıq potensialının üzə çıxarılması baxımından bu cür təşəbbüslərin vacibliyini vurğulayıb. Daha sonra qalereyanın kuratoru Sevil Kərimova söz alaraq sərgidə iştirak edən uşaqların yüksək istedad potensialına diqqət çəkib. Tədbirin fəxri qonağı — rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Röya Həsən isə çıxışında uşaqlara dəstəyin əhəmiyyətini qeyd edib və onlara ilhamverici tövsiyələr verib.
Tədbir iştirakçıları üçün şirniyyatlardan ibarət süfrə təşkil olunub, gənc rəssamlara isə istedad və zəhmətlərinə görə sertifikatlar təqdim edilib. Mükafatlandırma mərasimi tədbirin ən duyğusal anlarından biri kimi yadda qalıb, zalda sevinc və qürur hissi hökm sürüb.
Sərgi boyunca səsləndirilən klassik Azərbaycan musiqisi məkanın yaradıcı atmosferini daha da zənginləşdirib. Ziyarətçilər əsərləri böyük maraqla seyr edib, səmimi ünsiyyət qurub və sərginin estetik harmoniya ilə müşayiət olunan mühitindən zövq alıblar. Uşaqlar isə ilham dolu enerjiləri ilə diqqət çəkiblər.
Bu cür tədbirlər xüsusi əhəmiyyət daşıyır: onlar uşaqların öz bacarıqlarını kəşf etməsinə, motivasiya olunmasına və erkən yaşlardan Azərbaycan incəsənətinə sevgi formalaşdırılmasına xidmət edir. “Balaca Əllərin Sirri” sərgisi yaradıcı mühitin nəsilləri bir araya gətirə və yeni istedadlar üçün qapılar aça biləcəyinin bariz nümunəsi olub.
Sərgidə iştirak edən gənc rəssamlar:
1. Selin Qədirova
2. Sədəf Bayramova
3. Nuri Leyli Qubad
4. Sabinə Məmmədova
5. Aişə Məmmədova
6. Amelia Cəfərova
7. Məryəm İsmayıl
8. Adeliya Məmmədova
9. Polina Lapteva
10. Varvara Lapteva
11. Zoya Lapteva
12. Məryəm Murtuzəliyeva
13. Emiliya Həsənli
14. Mihrimah Mustafayeva
15. Hasil Əliyev
16. Aylin Süleymanlı
17. Şuayb Qaydarov
18. Nigar Abbasova
19. Aida Əlişan
20. Alparslan Məmmədzadə
21. Cəvahir Aslanova
22. Rəsmiyyə Vəliyeva
23. Leyla Cəfərzadə
24. Zəhra Atakişiyeva
25. Gülxar Əlizadə
26. Zeynəb Mehrəliyeva
27. Elnar Vəliyev
28. Camal Süleymanlı
29. Neylin Şabanбzadə
30. Məryəm Edəndi
31. Emiliya Mirzəzadə