logo
Salyanda məktəbdə tüstüdən zəhərlənmə şübhəsi: bütün şagirdlər evə buraxıldı

Salyanda məktəbdə tüstüdən zəhərlənmə şübhəsi: bütün şagirdlər evə buraxıldı

Salyanda məktəbdə tüstüdən zəhərlənmə şübhəsi: bütün şagirdlər evə buraxıldı Salyanda məktəbdə tüstüdən zəhərlənmə şübhəsi: bütün şagirdlər evə buraxıldı

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir.

Bildiririk ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin