https://innews.media/uploads/news/2025-11/_innews_09b9c7143c70074f4c8e6d6e9_o.jpg
Ostin şəhərində yerləşən Texas Universitetinin “Bates Recital Hall” zalında ABŞ-də yaşayan azərbaycanlı musiqiçi, dirijor Fərhad Xudiyevin konserti olub.
Konsertdə Texas Simfonik Orkestrinin direktoru Fərhad Xudiyevin dirijorluğu ilə maestro Niyazinin “Çitra” baletindən “Final” rəqsi ABŞ-də ilk dəfə səsləndirilib. Bu ifa böyük coşqunluqla qarşılanıb və alqışlara səbəb olub. Dmitri Şostakoviçin 10-cu Simfoniyasından seçilmiş parçalar da izləyicilərin zövqünü oxşayıb.
Konsert proqramında Fərhad Xudiyevin repertuar seçimi musiqinin sərhədləri aşan, mədəniyyətləri birləşdirən gücünü bir daha nümayiş etdirib.