https://innews.media/uploads/news/2025-11/_innews_d5a963bf288cc83c7fc43315f_o.jpg
Kliniki Tibbi Mərkəz 24 noyabr 2025-ci il tarixində Nərimanov rayonunda baş verən partlayışla bağlı məlumat yayıb.
Mərkəzdən "innews media" bildirilib ki, saat 09:00 radələrində Ə.Rəcəbli küçəsində yerləşən obyektdə baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Xəsarət alanlardan 1 nəfərə (kişi) termiki yanıq diaqnozu qoyulub. Digər 4 nəfərə (1 kişi, 3 qadın) isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Mərkəzdən verilən məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.