logo
CƏMİYYƏT “AFEN Plaza”da güclü partlayış baş verib - yaralılar var - FOTO

CƏMİYYƏT “AFEN Plaza”da güclü partlayış baş verib - yaralılar var - FOTO

CƏMİYYƏT “AFEN Plaza”da güclü partlayış baş verib - yaralılar var - FOTO CƏMİYYƏT “AFEN Plaza”da güclü partlayış baş verib - yaralılar var - FOTO

Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.

Hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin