logo
Yasamalda yanğında zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb - Kliniki Tibbi Mərkəz

Yasamalda yanğında zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb - Kliniki Tibbi Mərkəz

Yasamalda yanğında zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb - Kliniki Tibbi Mərkəz Yasamalda yanğında zəhərlənən 27 nəfərdən 20-si evə buraxılıb - Kliniki Tibbi Mərkəz

Kliniki Tibbi Mərkəz 21 noyabr 2025-ci il tarixində Yasamal rayonunun M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Mərkəzdən "innews media" bildirilib ki, hadisə nəticəsində tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə 27 nəfər hospitalizasiya edilib. Onlardan 20 nəfərə (13 kişi, 7 qadın) zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicəyə buraxılıblar.

Hazırda 7 nəfərin (5 qadın, 2 kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Məlumata görə, həmin şəxslərdən 6-nın vəziyyəti orta ağır, 1 azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media