logo
Mərkəzi Gömrük Hospitalının uşaq cərahı Praqa şəhərində VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir

Mərkəzi Gömrük Hospitalının uşaq cərahı Praqa şəhərində VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir

Mərkəzi Gömrük Hospitalının uşaq cərahı Praqa şəhərində VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir Mərkəzi Gömrük Hospitalının uşaq cərahı Praqa şəhərində VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uzman uşaq cərrahı 12-15 oktyabr 2022-ci il tarixlərində Dünya Uşaq Cərrahları Assosiasiyasının təşkilatşılığı ilə Çexiya Respublikasının Praqa şəhərində keçirilən VII Dünya Uşaq Cərrahiyyəsi konqresində iştirak edir. Konqresdə uşaq urologiyası, uşaq torakal cərrahiyyəsi, uşaq abdominal cərrahiyyəsi, yenidoğulmuş uşaqlarda anadangəlmə patalogiyalara müasir cərrahi yanaşmalar, uşaqlarda robotik cərrahiyyə kimi mövzular geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən – ABŞ, İtaliya, İngiltərə, Kanada və digər ölkələrin nüfuzlu tibb müəssisələrində çalışan tanınmış professorlar konqresdə pediatrik cərrahiyyə sahəsində ən qabaqcıl nailiyyətlər, innovasiyalar və mürəkkəb cərrahiyyə əməliyyatları haqqında müzakirələr edirlər. Qeyd edək ki, Ümumdünya Uşaq Cərrahiyyəsi Konqresi 3 ildən bir olaraq dünyanın müxtəlif ölkələrində keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media