https://innews.media/uploads/news/2025-11/_innews_afa34bf2bd6c26b7721cf9eab_o.jpg
Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə dərəcə yarışları keçirilib.
Yarışda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şahmatçıları da iştirak ediblər. Mərkəzin şahmat müəllimi Emil Allahverdiyevin yetirməsi Adəm Babakişiyev 3-cü dərəcə uğrunda keçirilən yarışlarda bütün rəqiblərini məğlub edərək 7/7 nəticə ilə çempion adı qazanıb.