https://innews.media/uploads/news/2025-11/_innews_cfe32281d10e0a587bca28904_o.jpg
Belə ki, Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hava zərbəsindən və ümumiyyətlə rusiya ordusunun Kyivə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kyiv vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işlərinə başlanılıb. Bunlara-Kyivdəki Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin abidəsi və fəvvarəsi. İrpin şəhərinin Dostluq parkındakı Zərifə Əliyevanın abidəsi, eləcə də, Kyivdə Nəsimi, Səməd Vurğun və Müslüm Moqamayevin abidələri daxildir.
Azərbaycana məxsus abidələrin mühafizə işlərinin yaxın bir həftə ərzində tamamlanması nəzərdə tutulur. Abidələrin açılışı isə rusiya-Ukrayna müharibəsi bitəndən sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.
Qabil Osmanlı
Ukrayina Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi