logo
Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb

Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb

Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb Almaniyada yaşayan bəstəkar Xədicə Zeynalova mükafatlandırılıb

O, Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşıb. Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Forumda Azərbaycan mədəniyyətinin inkişafına beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib. Mükafatlandırılanlardan biri də Xədicə Zeynalova olub. O, Fəxri fərmanla təltif edilib.

Qeyd edəkki, Xədicə Zeynalova uzun illərdir Almaniyada yaşayır. Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayır. Almaniyada ilin bəstəkarı seçilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin