https://innews.media/uploads/news/2025-11/_innews_34dbacd2b59f566db9f95dca3_o.jpg
“Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nəzər Əliyev bildirib ki, Lahıc qəsəbəsi 1980-ci ildən rəsmi şəkildə qoruq statusu alıb.
"innews media" xəbər verir ki, o, bunu Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin nəzdinə məxsus qoruğa təşkil olunmuş mediatur zamanı deyib.
Direktorun sözlərinə görə, qəsəbə ərazisində yüzdən çox tarixi abidə mövcuddur:
“Burada qədim yaşayış evləri, məscidlər, su dəyirmanı, bulaqlar və digər mühüm tikililər var. Qoruğun əsas vəzifəsi həmin abidələrin qorunması və gələcək nəsillərə çatdırılmasıdır”.
Nəzər Əliyev qeyd edib ki, mühafizə prosesi təkcə ayrı-ayrı abidələrə deyil, bütün ərazinin kompleks şəkildə qorunmasına yönəlib.
Əhalinin tarixi dəyişimi
Direktor qəsəbənin demoqrafik göstəricilərinə də toxunub. Onun sözlərinə görə, hazırda Lahıcda təxminən 2000 nəfər yaşayır:
“Rəsmi məlumatlara əsasən, 1939-cu ildə – II Dünya müharibəsindən əvvəl – qəsəbədə 18 minə yaxın əhali olub. O dövrdə mövcud daş tikililər, yaşayış evləri və məscidlər böyük əhali üçün nəzərdə tutulmuşdu. Bu gün isə kənddə təqribən 2000 nəfər yaşayır”.
Məscidlərin durumu
Nəzər Əliyev bildirib ki, tarixən Lahıcda 7 məscid mövcud olub. Onlardan 5-i bu günədək salamat qalıb:
“İki məscid II Dünya müharibəsi illərində baxımsızlıq səbəbindən dağılıb. Həmin tikililərin dam örtüyü torpaqdan ibarət olduğuna görə zaman keçdikcə uçub”.