logo
Zəfərin beşilliyi Kişineuda qeyd olunub

Zəfərin beşilliyi Kişineuda qeyd olunub

Zəfərin beşilliyi Kişineuda qeyd olunub Zəfərin beşilliyi Kişineuda qeyd olunub

Moldova Azərbaycanlıları Konqresinin (MAK) təşkilatçılığı ilə Azərbaycanın Moldovadakı Səfirliyində 8 Noyabr - Zəfər Gününə həsr olunan təntənəli tədbir keçirilib.

Tədbir iştirakçıları Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızı və Ümummilli Lider Heydər Əliyevi anıb, Ulu Öndərin büstü önünə gül dəstələri düzüb.

Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib, bu tarixin milli birlik və ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev diasporun milli məsələlərdə həmrəyliyinin daim böyük əhəmiyyət kəsb etdiyini bildirib.

MAK-ın sədri Elçin Bayramov çıxışında Zəfər Gününün Azərbaycanın müasir tarixində mühüm dönüş yaratdığını və bu qələbənin diaspor üçün xüsusi qürur mənbəyi olduğunu diqqətə çatdırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin