https://innews.media/uploads/news/2025-11/_innews_e551cca30d475b1bbcd366a97_o.jpg
17-20 noyabr 2025-ci il tarixində Odlar Yurdu Universitetinin Strateji inkişaf və karyera departamenti, Yaradıcılıq və mədəni tədbirlər departamenti və tələbə təşkilatlarının təşkilatçılığı ilə universitetin 30 illik yubileyinə həsr edilmiş “Karyera həftəsi” keçiriləcək. Karyera həftəsi çərçivəsində 17 noyabr 2025-ci il tarixində “Gənclik və karyera inkişafı” mövzusunda karyera paneli, 18 noyabr 2025-ci il tarixində “Gələcəyin peşəkarı: Karyera və əmək bazarı bacarıqları” mövzusunda təlim, 19 noyabr 2025-ci il tarixində “Karyera planlaması” mövzusunda təlim, 20 noyabr 2025-ci il tarixində isə “Əmək bazarında uğura aparan yol” mözusunda karyera təlimi keçiriləcək.