logo
AQTA heyvan bazarlarında yenidənqurma işlərinə nəzarət məqsədilə monitorinqlər keçirir

AQTA heyvan bazarlarında yenidənqurma işlərinə nəzarət məqsədilə monitorinqlər keçirir

AQTA heyvan bazarlarında yenidənqurma işlərinə nəzarət məqsədilə monitorinqlər keçirir AQTA heyvan bazarlarında yenidənqurma işlərinə nəzarət məqsədilə monitorinqlər keçirir

Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin “Ölkə ərazisinin xarici ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə epizootoloji nəzarətin gücləndirilməsi haqqında” Qərarına əsasən, 2025-ci il 25 oktyabr tarixindən etibarən respublika ərazisində heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Belə ki, ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarının sahibləri qarşısında bir sıra tələblər irəli sürülüb.

Agentliyin Kollegiyasının 2025-ci il 17 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında monitorinqlər keçirilir. Monitorinqlər zamanı bazar sahiblərinə metodiki göstərişlər verilir.

Qeyd edək ki, monitorinqlər Şamaxı, Ağsu, Göyçay, Bərdə, Masallı, Kürdəmir və Mingəçevirdə yerləşən heyvan bazarlarında keçirilib. Nəzarət tədbirləri 6 noyabr tarixinədək davam etdiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin