logo
Naxçıvanda tibb işçiləri üçün e-səhiyyə təlimlərinə start verildi

Naxçıvanda tibb işçiləri üçün e-səhiyyə təlimlərinə start verildi

Naxçıvanda tibb işçiləri üçün e-səhiyyə təlimlərinə start verildi Naxçıvanda tibb işçiləri üçün e-səhiyyə təlimlərinə start verildi

Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu məqsədlə səhiyyə müəssisələrində Nümunəvi Tibbi İnformasiya Sisteminin (NTİS) tətbiqi ilə bağlı ilkin təlimlərə start verilib.

İlk mərhələdə təlimlərə tibb müəssisələrinin qeydiyyat bölməsində çalışan əməkdaşlar və orta tibb işçiləri cəlb olunub. Təlim çərçivəsində iştirakçılara sistemin funksional imkanları, məlumatların elektron formada daxil edilməsi və idarə olunması, həmçinin pasiyent qeydiyyatının rəqəmsal qaydada aparılması barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlər mərhələli şəkildə davam etdiriləcək.

Nümunəvi Tibbi İnformasiya Sisteminin tətbiqi səhiyyə müəssisələrində idarəetmənin səmərəliliyini artıracaq, tibbi məlumatların təhlükəsiz və mərkəzləşdirilmiş şəkildə saxlanmasına, həkim və tibb personalının iş prosesinin avtomatlaşdırılmasına şərait yaradacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media