logo
Samir Bağırov uzun fasilədən sonra “Dön” mahnısı ilə geri döndü - VİDEO

Samir Bağırov uzun fasilədən sonra “Dön” mahnısı ilə geri döndü - VİDEO

Samir Bağırov uzun fasilədən sonra “Dön” mahnısı ilə geri döndü - VİDEO Samir Bağırov uzun fasilədən sonra “Dön” mahnısı ilə geri döndü - VİDEO

Tanınmış müğənni Samir Bağırov uzun fasilədən sonra yeni layihəsini təqdim edib. Sənətkarın “Dön” adlı mahnısı və ona çəkilmiş klip artıq rəsmi YouTube kanalında yayımlanıb.

Mahnının söz və musiqisi Rafoya (Rafael Şabanov) məxsusdur.

Mahnıda seçilən “Qarabağ kimi dön” ifadəsi ayrılıq və qayıdış mövzusuna vurğu edir. Bu misra həm ümid, həm də qələbə simvolu kimi təqdim olunur.

Samir Bağırov yeni işini belə şərh edib:
“Bu mahnıda həm şəxsi hisslər, həm də xalqımızın qələbə ruhu var. Qarabağ bizim qürurumuzdur.”

Mahnının aranjıman, mix və masteringini Nihad Məlik edib. Klipin rejissoru ERESMOON (Röyal Səfərov), montaj və rəng korreksiyası isə Rasim Pirazova aiddir.

Samir Bağırovun obrazı üzərində stilist Fuad Hacıyev, vizaj isə Rukha tərəfindən hazırlanıb. Layihənin idarəçiliyi SARTORIAL ARTİST komandası və artist meneceri Vuqar Hüsiyevə məxsusdur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media