logo
“Oyun” Tatarıstanda

“Oyun” Tatarıstanda

“Oyun” Tatarıstanda “Oyun” Tatarıstanda

Tatarıstanın paytaxtı Kazanda yazıçı-dramaturq, publisist, AR-in Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin hekayələr kitabı nəşr edilib.

“Oyun” kitabı müəllifin eyni adlı hekayəsinin adıdır.

Hekayələri rus dilindən tatarcaya Gözəl Qıyzatullina çevirib.

On yeddi hekayənin daxil edildiyi kitabın təşəbbüskarı Tatarıstan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı və millət vəkili Rkail Zəydulladır.

“Oyun”un annotasiyasında deyilir: “Görkəmli Azərbaycan yazıçısı Elçin Hüseynbəylinin əsərləri dünyanın bir sıra dillərinə tərcümə edilib və çoxsaylı ödüllərin sahibidir. Oxucularımıza onu yaxından tanıtmaq istədik...”

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin