logo
Yol təhlükəsizliyi həyat tərzimiz olmalıdır - qaydalar sizin üçün yazılıb!

Yol təhlükəsizliyi həyat tərzimiz olmalıdır - qaydalar sizin üçün yazılıb!

Yol təhlükəsizliyi həyat tərzimiz olmalıdır - qaydalar sizin üçün yazılıb! Yol təhlükəsizliyi həyat tərzimiz olmalıdır - qaydalar sizin üçün yazılıb!

Həyatınızı 3-5 saniyə irəli düşmək istəyinə qurban verməyin - qaydalara əməl edin!

"innews media" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Sadəcə svetoforun qrımızı işığında gözləməli idi, ancaq dayanmadı və qəzanın baş verməsinə səbəb oldu. Müşahidələr onu deməyə əsas verir ki, bu cür yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbi bəzi sürücülərin qaydalardan məlumatlı olmasına baxmayaraq, qəsdən svetoforun qırmızı işığından keçməsi ilə bağlıdır. Yəni sürücülər “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin III hissəsində yer alan “qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir” tələbinin mahiyyətini dərk etsələr də, onların sadəcə bir neçə saniyə irəli düşmək istəyi qəzaların qeydə alınmasına gətirib çıxarır.

Yadda saxlayaq ki, Qanunun tələblərinə riayət edərək yollarda hərəkət etmək, svetoforun və nizamlayıcının siqnallarını yerinə yetirərək yola davam etmək yol hərəkəti iştirakçıları üçün məcburidir və bu, ən təhlükəsiz, rahat variantdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media