logo
Liv Bona Dea Hospital"da uşaqlar üçün əyləncəli oyun festivalı keçirilib

Liv Bona Dea Hospital"da uşaqlar üçün əyləncəli oyun festivalı keçirilib

Liv Bona Dea Hospital"da uşaqlar üçün əyləncəli oyun festivalı keçirilib Liv Bona Dea Hospital"da uşaqlar üçün əyləncəli oyun festivalı keçirilib

Tədbirin keçirilməsində məqsəd aztəminatlı ailələrə dəstək, onların övladlarının istirahət vaxtının yaddaqalan olmasını təşkil etməkdir.

Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Orucov  "Liv Bona Dea Hospitalı" adından belə tədbirlərin ənənəvi keçiriləcəyini bildirilib.

"  Bu tədbirlər çərçivəsində xüsusi həssas kateqoriyadan olan azyaşlılar üçün 1 illik pulsuz müayinə paketləri hədiyyə olunur. Xüsusi olaraq bu tədbirdə kərməs təşkil olunub. Bu kərməs vasitəsilə olan satışlar xüsusi həssas kateqoriyadan olan uşaqlara və ehtiyacı olan ailələrə yönləndiriləcək. Bu da xeyriyyə məqsədi daşıyır"

Tədbirdə azyaşlılar üçün "Panda şou", üz boyamaq və digər əyləncəli tədbirlər təşkil olunub.

"Liv Bona Dea Hospitalı"nın direktor müavini Semra Başaran bu gün keçirilən həssas uşaqlar üçün tədbir sonrası jurnalistlərin suallarını cavablandırıb.

O tədbirin mahiyyətini belə izah edib:

"Bu gün burada uşaqlar üçün hospital adından şənlik təşkil etdik. Uşaqlar bizim gələcəyimizdir. Onlar əylənsin daima xoşbəxt olsunlar. Bununla ayrıca həssas qrupdan olan ailələrə dəstək olmaq istədik. Ümid edirəm yaxşı bir festival olub. Daha da yaxşı festivallar təşkil etmək üçün bacardığımızı edəcəyik".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media