logo
TÜİB-də Greymore şirkəti ilə görüş keçirildi

TÜİB-də Greymore şirkəti ilə görüş keçirildi

TÜİB-də Greymore şirkəti ilə görüş keçirildi TÜİB-də Greymore şirkəti ilə görüş keçirildi

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyində (TÜİB) Londonda yerləşən beynəlxalq hüquq firması Greymore şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı Greymore şirkəti haqqında ətraflı məlumat təqdim olunub. Şirkətin beynəlxalq hüquq sahəsindəki fəaliyyəti, bizneslərə və fərdi müştərilərə göstərdiyi hüquqi xidmətlər, o cümlədən daşınmaz əmlak, kommersiya, ailə və miqrasiya hüququ üzrə təcrübəsi barədə məlumat verilib.

TÜİB tərəfindən isə Birliyin fəaliyyəti, üzvlük strukturu, həyata keçirilən layihələr və Azərbaycan–Türkiyə iş dünyasının inteqrasiyasına verdiyi töhfələr barədə təqdimat keçirilib. Həmçinin, Azərbaycanın biznes mühiti və son illərdə artan investisiya imkanları barədə məlumat qonaqların diqqətinə çatdırılıb.

Tərəflər gələcəkdə hüquq, biznes və investisiya istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin