https://innews.media/uploads/news/2025-10/_innews_85ef44290218e5ed4a734a231_o.jpg
Oktyabrın 22-də Mərkəzi Gömrük Hospitalında Almaniyanın “BBraun” şirkətinin nümayəndə heyəti ilə müasir tibbi texnologiyalara və əməkdaşlığın perspektivlərinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Alqı-Satqı şöbəsinin rəisi Akif Əskərov, “BBraun” şirkətinin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş meneceri Qordon Volksen, “BBraun” şirkətinin Şimal-Şərqi Avropada biznesin inkişafı üzrə baş menecer Mark Binder, satış meneceri Saskia Pitç və digər rəsmi nümayəndələr iştirak ediblər.
Tədbirdə Mərkəzi Gömrük Hospitalı və “BBraun” şirkəti arasında tibbi texnologiyaların təkmilləşdirilməsi, innovativ avadanlıqların tətbiqi, eləcə də klinik sahədə təcrübə və bilik mübadiləsinin aparılması istiqamətində mümkün əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb.
Görüşün sonunda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.