logo
Mark Eliyahu Bakıya gəlir - “Həyatın səyahəti sürprizlərlə doludur”

Mark Eliyahu Bakıya gəlir - “Həyatın səyahəti sürprizlərlə doludur”

Mark Eliyahu Bakıya gəlir - “Həyatın səyahəti sürprizlərlə doludur” Mark Eliyahu Bakıya gəlir - “Həyatın səyahəti sürprizlərlə doludur”

Dünya şöhrətli musiqiçi Mark Eliyahu sosial media hesabında gənclik illərinə aid nostaljik foto paylaşıb. Sənətçi paylaşımında Bakının onun üçün xüsusi yer tutduğunu vurğulayıb.

Eliyahu yazıb:

“Bakı bir möcüzədir. Bu şəkildə 17 yaşım var, müəllimim Adilət Vəzirovla birlikdə musiqi və həyat haqqında öyrənirdim. Aradan 25 il keçib və bu gün yenidən eyni Bakıda, öz musiqim və komandamla konsertimə hazırlaşıram. Həyatın səyahəti sürprizlərlə doludur. Bakı — gələn həftə görüşərik.”

Məşhur ifaçının 29 oktyabr Bakıda baş tutacaq konserti böyük maraqla gözlənilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin