logo
Opera studiyasının səhnəsində “Ötən illərin mahnıları” konsert proqramı keçirilib - VİDEO

Opera studiyasının səhnəsində “Ötən illərin mahnıları” konsert proqramı keçirilib - VİDEO

Opera studiyasının səhnəsində “Ötən illərin mahnıları” konsert proqramı keçirilib - VİDEO Opera studiyasının səhnəsində “Ötən illərin mahnıları” konsert proqramı keçirilib - VİDEO

Opera studiyasının səhnəsində “Ötən illərin mahnıları" konsert proqramı baş tutub.

Gecədə Əməkdar artist Teymur Əmrah, eləcə də Azərbaycan Televiziyasının (AZTV) solistləri Zabitə Əliyeva və Almaxanım, habelə müğənni Ülvi Qılınc çıxış ediblər.

Tədbir zamanı sənətkarların ifasında müxtəlif müəlliflərin əsərləri səsləndirilib. Zalda toplaşan tamaşaçılar hər ifanı gur alqışlarla qarşılayıblar.

Sənət dolu axşam musiqisevərlər üçün unudulmaz bir mədəni hadisəyə çevrilib və Azərbaycan musiqisinin zənginliyini bir daha nümayiş etdirib.

MÜŞFİQƏ

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin