Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (World Bank) və Beynəlxalq Valyuta Fondunda (International Monetary Fund) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti İllik Toplantısında iştirak edib.
Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf dinamikası, makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
Görüşdə həmçinin Seçki Qrupuna üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.