2025-ci il oktyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş xeyriyyə məqsədli musiqili-poetik konsert keçirilib.
Tədbir Azərbaycan Uşaq Fondu, “Modern Poems-Müasir Azərbaycan Şairləri” ədəbi layihəsi və “Gənc Şairlər” uşaq ədəbi layihəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konsertin əsas məqsədləri - poeziya, musiqi və rəqslərlə Azərbaycan xalqının mənəvi dəyərlərini, milli birliyini və mədəni irsini tamaşaçılara çatdırmaq, həmçinin xeyriyyə təşəbbüsü çərçivəsində uşaqlara dəstək göstərmək olub.
Tədbirdə Modern Poems-Müasir Azərbaycan Şairləri” ədəbi layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lala Həsənova və Azərbaycan Uşaq Fondunun sədri Zəhra Bədəlbəyli çıxış ediblər.
Axşamın proqramına şair və tərcüməçi Zaur Cəfərovun Azərbaycanın bütün rayon və şəhərlərinə həsr olunmuş şeirləri daxil idi.
Konsertdə “Gənc Şairlər” uşaq ədəbi layihəsinin istedadlı iştirakçıları çıxış ediblər:
Aliyə Tağıyeva, Əminə Abdullayeva, Fateh Məmmədov, Tamerlan Məmmədov, Ayan Əmiraslanlı, Yasmin Dayanova, Alisa Tişkeviç, Məryəm Babayeva, Banu Qorçiyeva, Nərmin Allahverdiyeva, Xədicə Nağıyeva, Cənnət Məmmədova, Emiliya Məmmədova, Diana Xanmammədli, Albert Bloxin, İbrahim Əlimzadə, Rəna Hüseynzadə, Fərəhxanım Məmmədova, Məryəm Abbasova, Tamilla Əhmədova, Əzizə Məmmədova, Xədicə Xəlilova və İmran Şıxıyev.
Modern Poems-Müasir Azərbaycan Şairləri” ədəbi layihəsinin şairləri də şeirlərlə çıxıb ediblər:
Lalə Həsənova, Türkan Bayramzadə, Cəbrayıl Muradov, Anar Hüseynov, Samirə Şıxıyeva, Aytac Tomarova, Günatay Hüseynova, Olqa Şalayeva, Aytən Həsənzadə, Əlisacid Həşimzadə, Səbinə Əliyeva, Ayfəl Məmmədova, Nərmin Hacıyeva, Nərmin Musayeva, Ləman Həsənova, Bayram Məhərrəmov və Ziba Rəsul.
Konsert proqramında həmçinin musiqi və rəqs nömrələri də yer alıb.
Səhnədə Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamova, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ləman Cəfərova və musiqiçi, bəstəkar Murad Muradov çıxış ediblər.
Tamaşaçılara Diana Tsurkanın xoreoqrafiyası və İrina Tsurkanın rəhbərliyi ilə Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının “SanSara” rəqs kollektivi tərəfindən rəqs kompozisiyaları təqdim olunub.
Layihənin iştirakçısı və aktrisası Renata Asyanovaya könüllü dəstəyi üçün xüsusi təşəkkür bildirilib.
Dərin təəssüratlı çıxışlardan isə II Qarabağ müharibəsi veteranı Elmar Lətifovun və Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyovanın çıxışları olub. “Azərbaycan Respublikası Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Səyavuş Aslanov hər ikisini təşəkkürnamələrlə təltif edib.
Daha sonra Zaur Cəfərov yazdığı şeirləri anasının əziz xatirəsinə həsr etdiyini bildirib.
Konsertin sonunda Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru, əməkdar jurnalist Flora Nəci, şair və tərcüməçi Zaur Cəfərov çıxış edərək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirovaya təşəkkürlərini bildiriblər.
Konsertdə həmçinin Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Ümumdünya Yazıçılar Təşkilatının Koordinasiya Şurasının rəhbəri Eldar Əhədov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bard Ələddin Yaqubov, Abdulla Şaiq ev-muzeyinin direktoru Ülkər Talıbzadə, “Ədəbiyyat Dünyası” qəzetinin baş redaktoru Elmar Şeyxzadə, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova və digər qonaqlar iştirak ediblər.
Biletlərin satışından əldə olunan bütün vəsaitlər Azərbaycan Uşaq Fondunun himayəsindəki uşaqlara yardım məqsədilə yönəldilib.