logo
AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini reallaşdırdı

AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini reallaşdırdı

AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini reallaşdırdı AccessBank Naxçıvanda qadın sahibkarlarına dəstək məqsədilə Access2Success layihəsini reallaşdırdı

AccessBank qadın sahibkarlığının inkişafına dəstək məqsədilə həyata keçirdiyi Access2Success layihəsini bu dəfə Naxçıvanda təşkil etdi. Tədbirdə ticarət, əczaçılıq, zərgərlik, dəb və digər sahələrdə fəaliyyət göstərən qadın sahibkarlar iştirak ediblər.

Layihə çərçivəsində AccessBank-ın mütəxəssisləri iştirakçılar üçün maliyyə savadlılığı, sahibkarlığın hüquqi çərçivəsi və yoxlamalar, rəqəmsal marketinq, marketinq kommunikasiyaları və şəxsi brendin formalaşdırılması kimi mövzularda interaktiv sessiyalar təqdim ediblər. Təlim proqramının sonunda iştirakçılara AccessBank tərəfindən sertifikatlar təqdim olunub.

Access2Success layihəsi AccessBank-ın Azərbaycanda sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafına verdiyi dəstəyin bariz nümunəsidir. Layihə qadın sahibkarların bilik və bacarıqlarını gücləndirərək onların iqtisadi fəallığını və liderlik rolunu artırmağı hədəfləyir.

Qeyd edək ki, Access2Success layihəsinə AccessBank tərəfindən 2022-ci ildə start verilib. Bu müddət ərzində layihə yüzlərlə qadın sahibkar üçün strateji planlaşdırma, böhranların idarə olunması, satış və marketinq, e-ticarət, insan resursları və hesabatlılıq kimi istiqamətlərdə bilik və bacarıqların artırılmasına xidmət edib. Bank gələcəkdə layihəni daha geniş miqyasda, müxtəlif regionlarda davam etdirməyi və daha çox qadın sahibkara dəstək göstərməyi planlaşdırır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin