Müğənni Elçin Cəfərov bu gün doğum gününü qeyd edir.
"innews media" xəbər verir ki, Elçinə ən böyük hədiyyə isə oğlu Candan gəlib.
Belə ki, Canın rəsm əsərləri dünyanın ən böyük və nüfuzlu muzeylərindən olan Fransanın Paris şəhərində yerləşən "Luvr" muzeyində sərgilənib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da iştirak edib.
Qeyd edək ki, Can artıq bir neçə ildir ki, professional şəkildə rəssamlıq və heykəltaraşlıqla məşquldur. Onun əsərləri daha öncə də müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə nümayiş olunub.