Azərbaycanın ən böyük korporativ bankı olan “PAŞA Bank” ASC 2025-ci ilin yanvar-sentyabr 132 milyon 837 min manat təmiz gəlir götürüb. Bu, ötən ilin eyni dövründəki 146 milyon 778 min manatdan 13 milyon 941 min manat azdır.
Gəlirlərin azalması bankın faiz xərclərinin 80 faiz, mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması və bank marjasını azaltması ilə bağlıdır.
Nədən qazanıb?
2025-ci ilin 9 ayı ərzində “PAŞA Bank”ın faiz gəlirləri 396 milyon 724 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37 milyon 248 min manat artım deməkdir.
Faiz gəlirlərinin strukturu belədir:
Qeyri-faiz gəlirləri isə 200 milyon 576 min manat olub — bu da ötən illə müqayisədə 5 milyon 931 min manat çoxdur.
Qeyri-faiz gəlirlərinin tərkibi belədir:
Beləliklə, ümumi gəlirlərin təxminən 33%-i faizsiz mənbələrdən formalaşır.
Nəticədə “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri birlikdə) 597 milyon 300 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründəki 554 milyon 121 min manatdan 43 milyon 179 min manat çoxdur.
Nəyə xərcləyib?
Lakin bu qazanc qarşısında xərcləmələrdə kifayət qədər yüksəlib.
Faiz xərcləri 141,497 milyon manatdır, bu əsasən pulun maya dəyərinin artması ilə əlqədar depozit faizlərinin ödənişi ilə bağlıdır.
Qeyri-faiz xərcləri: 265,916 milyon manatdır. Bunun 78,056 milyon manatı əmək haqqı xərcləridir. Həmçinin proqram təminatı və s xərclər də mühüm paya malikdir.
Bundan əlavə, bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2025-ci ilin yanvar-sentyabr dövründə 12 milyon 998 min manat ayırıb.
Mənfəət vergisi üzrə ödəniş 1 milyon manata yaxın artaraq 39 milyon 493 min manat olub.
Aktivlərin 36%-i kreditlərdir
2025-ci il sentyabrın 30-na olan məlumata görə, “PAŞA Bank”ın cəmi aktivləri 8 milyard 932 milyon 496 min manat təşkil edib. Bu, ötən ilin sonuna nisbətən 710 milyon 318 min manat artımdır.
Aktivlərin tərkibi belədir:
Aktivlər əsasən likvid alətlər, qiymətli kağızlar və kreditlər üzərində cəmlənib. Bank kifayət qədər balanslı struktur nümayiş etdirir.
Ümumi borcların 85%-i depozitarlaradır
2025-ci il sentyabrın 30-na olan məlumata görə, “PAŞA Bank”ın cəmi öhdəlikləri 7 milyard 936 milyon 337 min manat təşkil edib. Bu, öhdəliklərin təxminən 85%-ni təşkil edir.
Sturkturu belədir:
Digər öhdəliklər:
Hesabatdan görünür ki, Bank daha çox hüquqi şəxslərin depozitlərdən asılıdır. Fiziki şəxslərin payı aşağıdır. Bu, həm üstünlük (ucuz resurs), həm risk (kənarlaşma ehtimalı) daşıya bilər.
Bölüşdürülməmiş mənfəəti artıb
Bankın cəmi kapitalı 996,159 min manatdır. Struktur belədir:
Bankın məcmu kapitalın adekvatlıq əmsalı 23 faiz, likvidlik qəpi isə müsbət zonadadır.