Son günlərdə qonşu ölkələrdən Azərbaycana miqrasiya edən Qəhvəyi mərmər bağacığı xüsusilə Zaqatala və Balakən bölgələrində kütləvi şəkildə görünür. Payızda zərərverici fəallığını itirir və qışlamağa üstünlük verir — bu dövr mübarizə üçün ən əlverişli vaxtdır!
Bağacıqla necə mübarizə aparmaq olar?
- AQTA və digər qurumlar kimyəvi və feromon tələləri ilə tədbirlər görür.
- Mexaniki mübarizə — süni tələlərin quraşdırılması ən təbii üsullardandır.
- Yaşayış yerlərində əşyaların arxa hissələrinə diqqət yetirin, aşkar etdiyiniz bağacığı süpürgə və tozsoranla toplayıb məhv edin.
Bağacıqla mübarizədə vətəndaşların iştirakı çox önəmlidir!