logo
Zaqatala və Balakəndə zərərvericiyə qarşı maarifləndirmə davam edir

Zaqatala və Balakəndə zərərvericiyə qarşı maarifləndirmə davam edir

Zaqatala və Balakəndə zərərvericiyə qarşı maarifləndirmə davam edir Zaqatala və Balakəndə zərərvericiyə qarşı maarifləndirmə davam edir

Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planının icrası çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları Zaqatala və Balakən rayonlarında sakinlərlə növbəti maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı payız-qış mövsümündə zərərvericiyə qarşı aparılacaq mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib. Zərərverici ilə mübarizədə mexaniki üsullardan geniş istifadə edildiyi qeyd olunur.

Bununla yanaşı, Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin dezinseksiya edilməsinin zərərvericinin uzaq məsafələrə yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin