15. 10.2025-ci il tarixində Bakıda «Xanədan» etno-restoranında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin «XIX əsr İrəvan Mətbəxi» Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən ərsəyə gətirilən «XIX əsr İrəvan Mətbəxi» kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış etdilər:
- Kitabın müəllifi, Əməkdar Mədəniyyət İşçisi, t.ü.f.d Tahir Əmiraslanov
- AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova
- Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmov
- Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva
- Sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə
- QHT Əməkdaşlıq Alyansı, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov
- Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səbinə Həciyeva və Mərkəzin müəllimləri Rəsmiyyə Allahverdiyeva və Leyla Rəhimli
- “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə
- QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni
- rəssam Nigar Əliyeva
- Hüseynova Elmira və digərləri
Tədbir həm də 20 oktyabr beynəlxalq Kulinariya gününə həsr edilmişdi. Tədbirdə 150 nəfərə qədər alim, mütəxəssis və tələbə, ictimai xadimlər iştirak etdilər.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı aşpazlıq və qənnadıçılıq kurslarının müdavimləri və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri İrəvan mətbəxinə aid yeməkləri və şirniyyatları sərgiləmişdilər. Onlar sertifikatlarla təltif edildilər. Sonda kitabların imzalanma və paylanma mərasimi keçirildi.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir. Kitab 208 səhifədən ibarətdir, nəşr zamanı 85 mənbədən istifadə olunub. 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, miniaturlar, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabın üz qabığı rəssam Nigar Əliyevaya məxsusdur. Kitab həm alimlər, həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir. “XIX əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı tarixi varlığımızın bir sübutudur.
Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva tərəfindən yazılıb.
Rəyçilər: AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Tarixi Etnologiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur.