logo
Penitensiar müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Penitensiar müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb Penitensiar müəssisələrə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "innews media" bildiriblər ki, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin