Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Trying to access array offset on null in /home/innewsme/public_html/includes/newsid.php on line 154

Warning: Undefined variable $getLang in /home/innewsme/public_html/includes/newsid.php on line 13

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 122

Warning: Undefined variable $About1 in /home/innewsme/public_html/includes/newsid.php on line 127

Warning: Undefined variable $about in /home/innewsme/public_html/includes/newsid.php on line 194

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 60

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 24

Warning: Undefined variable $sayi in /home/innewsme/public_html/includes/newsid.php on line 300

Warning: Undefined variable $baxilib in /home/innewsme/public_html/includes/newsid.php on line 349

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 26

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 28

Warning: Undefined variable $about1 in /home/innewsme/public_html/includes/newsid.php on line 351

Warning: Undefined variable $About in /home/innewsme/public_html/includes/newsid.php on line 119

Warning: Undefined variable $keytaga in /home/innewsme/public_html/includes/newsid.php on line 92
“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi | innews.az
logo
“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi “Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

Azərbaycanın aparıcı dağ-mədən şirkəti “AzerGold” QSC daha bir gümüş və qızıl sikkə kolleksiyasını təqdim edib. Yeni sikkə kolleksiyası füsunkar təbiəti, qədim tarixi ilə seçilən və günü-gündən abadlaşan Laçın şəhərinə ithaf olunub.Sikkənin hazırlanmasında Laçın bölgəsinin mədəni irsinin, sənət ənənələrinin və xalq yaradıcılığının vacib bir hissəsi olan, Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının naxışlarından istifadə edilib. Sikkənin əsas elementi dövlət rəmzlərinin əsas tərkib hissələrindən biri – səkkizguşəli ulduz və kənarlarındakı Laçın quşunun həndəsi formalı motivlərdir. Laçın quşu azad ruhun, əzəmətin, gücün və cəsarətin rəmzidir. Təsvir həm də  Laçın şəhərinin adının mənşəyi ilə bağlı ən geniş yayılmış fərziyyələrdən birinə işarədir. Sikkənin haşiyəsindəki qədim naxış elementləri arasında diqqətli baxışla sezilən, məhsulun incə və zərif şəkildə həkk olunmuş adı - “Lachin” yazısı kompozisiyaya xüsusi məna qatır.

Qeyd edək ki, “Laçın” kolleksiyası “AzerGold” QSC-nin təşəbbüsü ilə istehsal edilən sayca 13-cü kolleksiyadır. Yeni məhsullar ölkəmizdə hasil edilən qızıl və gümüşdən 5,10,20 qram çəkilərdə hazırlanıb. İstehlakçılar kolleksiyanı “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və Mübadilə Mərkəzindən, eləcə də şirkətin onlayn satış platforması www.azergold.gift -dən sifariş edərək əldə edə bilərlər.

Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilərək, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim olunub. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. Qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin