https://innews.media/uploads/news/2025-10/_innews_820628387f72f3656fb8949d5_o.jpg
Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsində fəaliyyət göstərən tələbə təşkilatları 27 Sentyabr -Anım Gününə həsr olunmuş tədbir təşkil ediblər.
Tədbirdə çıxış edən fakültənin dekanı dosent Nailə Hüseynova Vətən müharibəsinin tarixi əhəmiyyətini vurğulayaraq, bundan 5 il öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyi sayəsində, müqəddəs şəhidlərimizin qanı bahasına tarixi Zəfərə imza ataraq doğma torpaqlarımızı işğaldan azad etdiyimizi diqqətə çatdırıb.
Daha sonra tədbirdə iştirak edən fakültənin məzunu, Vətən müharibəsi şəhidi Əli Ələsovun həyat yoldaşı Mətanət xanım və övladı Əli tələbələrlə görüşüblər.
Tədbirin gedişində tələbələr şeirlər səsləndirmiş, səhnəciklər canlandırmışlar. Canlandırılan səhnəcikdə Şəhid Əli Ələsovun övladı da iştirak edib.