https://innews.media/uploads/news/2025-09/_innews_9739691c0e5713b7ed62be224_o.jpg
Bu ilhamverici yolun ilk dayanacağı isə Litvanın Azərbaycandakı Səfirliyi oldu. Burada azərbaycanlı gənc liderlər litva dilinin gözəlliklərini kəşf etdilər - yeni sözlər öyrəndilər və bu mədəniyyətə dair maraqlı faktlarla tanış oldular.
"Talehini təhsil yazsın!" - dil öyrənmək isə yeni mədəniyyətlərə, imkanlara və dostluqlara qapı açır.
Bu ilki proqram sedrliyini Litvanın Azərbaycandakı Səfirliyinin etdiyi Azərbaycanin EUNIC klasteri tərəfindən təşkil olunub. Tərəfdaşlar arasında Bakıda fəaliyyət göstərən Ukrayna Mədəniyyət Mərkəzi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yer alır.
Sentyabr və oktyabr aylarında Avropa Dillər Günü münasibətilə seminarlar, kitab təqdimatları, mədəniyyətlə bağlı müzakirələr və interaktiv tədbirlər keçiriləcək.